MONTRE LAYİHƏSİ

FUNKSİONAL VƏ ENERJİƏ QƏNAƏTLİ EVLƏR TİKİRİK

63220 AZN

s/q

2

otaq

4

sahə

116m2

qarderob

-

terras

2

mərtəbə

2

MONTRE LAYİHƏSİ

MONTRE layihəsi sərt iqlim şəraiti üçün nəzərdə tutulmuş müasir memarlıq həllidir.

Bauhaus üslubunda tərtib edilmiş bu iki mərtəbəli evdə funksionallıq və minimalizm harmonik şəkildə birləşdirilib.


Evdə yerləşir:


  • studiya tipli qonaq otağı
  • 3 yataq otağı
  • 2 sanitar qovşağı
  • 2 terasa


Qeyd edək ki, evin fasadında xüsusi termoizolyasiya qatı nəzərdə tutulub ki, bu da sərt hava şəraitində enerji itkisinin minimuma endirilməsinə xidmət edir.


Memar komandamız layihələrdə yalnız müasir və şık dizayna deyil, eyni zamanda düşünülmüş funksionallığa və enerji qənaətinə xüsusi diqqət yetirir.



Xüsusiyyətlər

1-ci mərtəbənin planı

2-ci mərtəbənin planı

İSTİFADƏ OLUNAN MATERİALLAR

Beton B25

Sement Norm/ Holcim M400

İzolyasiya Ruberoid/ Bitum Texnonikol

Armatur Baku Steel Company, A500C

Divarlar Mişar daşı

Alçipan Gilan/Knauf

Alçi Ağdağ/ Akdeniz

İsti döşəmə İtaliya

Döşəmə Taxta Rusiya

Elektrik xətlər Göknur/Prysmian/ Schneider/ ABB

Santexnika Rifeng Almaniya borular

Pəncərələr PVC Türkiyə

QİYMƏTƏ DAXİLDİR

Layihələndirmə

  • 1. torpaq sahənin topoqrafiyası

  • 2. memarlıq-eskiz layihə

  • 3. konstruksiya layihəsi

  • 4. smeta

  • 5. müəllif nəzarəti

Tikinti-inşaat

  • 1. torpaq işləri (qazıntı, qırmadaş, izolyasiya)

  • 2. bünövrə, kürsü divar və döşəmə betonu

  • 3. 1ci və 2ci mərtəbənin qaba işləri

  • 4. iç və çöl divarlarının suvaq işləri

  • 5. dam işləri

  • 6. pəncərələr

Təmir (white box)

  • 1. döşəmə (laqa/dikt, styajka)

  • 2. tavan alçipan

  • 3. divar alçi

  • 4. elektrik işləri

  • 5. santexnika işləri

  • 6. istilik xətlər