SİMPLEKS LAYİHƏSİ


Hövsan qəsəbəsində yerləşən və uğurla təhvil verdiyimiz Simpleks layihəmizi Sizə təqdim edirik.


Müştərimiz 6 sot torpaq sahəsində valideynləri üçün kiçik, rahat və funksional ev tikmək arzusunda idi. Yaş xüsusiyyətlərini nəzərə alaraq, layihə bir mərtəbəli şəkildə hazırlanıb — bu da gündəlik rahatlıq və təhlükəsizliyi təmin edir.


Bir mərtəbəli evlər, uşaqları və yaşlı valideynləri olan ailələr üçün ən uyğun seçimdir. Pilləkənlərin olmaması yaralanma riskini azaldır və eyni zamanda evin bütün sahələrinə asan çıxış yaradır.


Bizim məqsədimiz kiçik sahədə:

•maksimum funksionallıq əldə etmək,

•yataq otaqlarını kompakt və təcrid olunmuş şəkildə yerləşdirmək,

•ümumi zonaları geniş və işıqlı dizayn etmək idi.


Layihənin texniki göstəriciləri:

•Ümumi sahə – 168 m²

•Yaşayış sahəsi – 105 m²

•2 yataq otağı (öz s/q ilə)

•1 qonaq otağı

•45 m² geniş studiya tipli qonaq otağı

•27 m² terrasa çıxışlı mətbəx

•9 m² holl və əlavə sanitar qovşaq


Ev müasir klassik üslubda hazırlanmışdır — sadəliyi, rahatlığı və zərif detalları ilə fərqlənir.



Ofisimizdə görüşə yazılmaq üçün